24 Aprel 2014 14:06

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Şirvan şəhər sakini Zəfər Əliyevin məhkəməsi başa çatıb. Zəfər Əliyev ötən il ötən il noyabrın 9-da Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən tutulub.

Zəfər Əliyev Xətai rayonu ərazisində 1 kiloqram 10 qram heroini və 3 kiloqram 25 qram tiryəki 44 min manata satmaq istəyərkən həbs edilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Zəfər Əliyev deyib ki, narkotik vasitəni ona İran vətəndaşı Vahid adlı şəxs satmaq üçün göndərib.

Zəfər Əliyev narkotik vasitəni Ələt Astara yolunun Qaradağ rayonu ərazisindəki hissəsində kimsəsiz ərazidən götürərək Bakıda yaşadığı evə aparıb. Saxlanılan şəxs narkotik vasitələri satmaq üçün bir müddət müştəri axtarıb. O deyib ki, narkotik vasitələri satdıqdan sonra Biləsuvar rayonu ərazisindən İrana keçməli və pulunu çatdırmalı imiş.

Məhkəmənin hökmü ilə Zəfər Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: