19 İyul 2017 18:01
870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz şəhərində qətl hadisəsi törədilib.

Teleqraf.com xəbər verir ki, Xaçmaz şəhər sakini Əlihüseyn Əzizli başından aldığı xəsarətlə xəstəxanaya gətirilib. Tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərxan İsmayılov tutulub.

Məlum olub ki, hadisə zamanı Əlihüseyn Əzizli və Sərxan İsmayılov sərxoş olublar. Onlar rayon ərazisində kafelərdən birində şəxsi münasibətlər zəminində mübahisə ediblər. Bu zaman Sərxan İsmayılov pivə butulkasını Əlihüseyn Əzizlinin başına çırpıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov