21 İyul 2017 15:20
1 883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda oğurluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayonunun Bünyadlı kəndindəki mağazalardan birindən 490 manat oğurlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini Qaraş Talıbov həbs edilib.

Araşdırmalar zamanı məlum olub ki, Qaraş Talıbov oğurluq cinayətinə bir nəfər azyaşlı olan həmyerlisini cəlb edib. O, azyaşlını mağazanın ərazisində mühafizəçinin olub-olmaması yoxlamaq məqsədi ilə oraya göndərib.

Azyaşlı mağazada heç kimin olmadığını deyəndən sonra Qaraş Talıbov oğurluğa gedib.

Onların həmyerliləri Yasəf Nərimanovla birgə yanvarın 15-də İmişli rayonunun Qaradonlu poçt şöbəsindən içərisindən 570 manat pul, qızıl əşyalar və sənəd, habelə şöbəyə məxsus 63 manat pul olan seyfi oğurlamaları da müəyyən edilib.

Həyata keçirilən tədbirlərlə Y.Nərimanov da tutulub.


Müəllif: Hacı Zeynalov