26 İyul 2014 11:26
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.


Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, orada cəza çəkən, Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 93..1.4 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Arzu Rafiq qızı Əsgərovanın yanına qısamüddətli görüşə gəlmiş xalası Səlimə Muxtar qızı Muxtarovanın üzərinə baxış keçirilib. Bu zaman, cibindən daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

/ APA/


Müəllif: