11 Oktyabr 10:54

10:30

Qusarda intihar hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, 2000-ci il təvəllüdlü Nuranə Mahir qızı Atluxanova özünü qayadan ataraq intihar edib.

İntiharın səbəbi hələlik məlum deyil.

Qusar Rayon Polis İdarəsindən bildirilib ki, hadisə Qusarda yeni yaşayış massivi deyilən yerdə baş verib: “Həmin yer çayın kənarında yerləşir. Hadisə baş verən yer qayalıqdır. Qızın ailəsi Gədəzeyxur kəndində qeydiyyatdadır, amma Qusarda yaşayırlar”.

Hazırda Qusar Rayon Prokurorluğu araşdırma aparır.

***

Qusarda baş verən intihar hədisəsi ilə bağlı bəzi məlumatlar əldə edilib.

Gədəzeyxur kəndin bələdiyyəsindən Teleqraf.com-a verilən məlumata görə, Nuranənin atası və anası illər əvvəl boşanıb: “Qızın anası Şəhla Atluxanova ikinci dəfə Qusar rayonunda yaşayan şəxslə ailə həyatı qurub. Qızını da özü ilə aparıb. Mahir Nəcəfov boşandıqdan sonra evlənməyib. Bütün günü sərxoş olur”.

Bələdiyyədən qeyd edilib ki, Şəhla Atluxanova rayonda Mədəniyyət evində işləyir. Həm də müğənnidir.


Müəllif: İlhamə Əbülfət