9 Dekabr 2017 12:05
1 730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində 20 yaşlı oğlanı qətlə yetirən həbs edilib.

Teleqraf.com xəbər verir ki, dekabrın 8-də saat 2:00-da Gəncə şəhərində şəhər sakini Vicay Cəmşidzadə qarın nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanlı könüllü olaraq Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə gələrək təslim olub.

Qeyd edək ki, Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Vicay Cəmşidzadənin meyiti küçədə tapılıb.


Müəllif: Hacı Zeynalov