14 Yanvar 2018 20:15
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Sumqayıt şəhər Mühafizə Polisi İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 13-də, gecə saat 03.30-da şəhərin Hacı Zeynalabdin qəsəbəsi, 5-ci yaşayış massivində yerləşən C.Süleymanovaya məxsus evdən bir ədəd kombi və bir ədəd velosiped oğurlanıb.

Cinayəti törədən qəsəbə sakini, əvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Cəlal Musayev mühafizə polisinin əməkdasşları tərəfindən yaxalanıb. Onun barəsində tədbir görülməsi üçün 2-ci polis bölməsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov