19 Fevral 2018 01:28
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini S.Həsənov evindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti”nə müraciət edib.

O, bildirib ki, yaşadığı evdən 2600 manatının oğurlanıb.

Füzuli rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Cahid Məmmədov saxlanılıb.

Keçirilən tədbirlərlə pulun yeri müəyyən edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov