16 Mart 2018 22:59
1 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayonunda oğurluq avtomobillə qəza törədilib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Tural Zahidova məxsus “Niva” markalı avtomobil qaçırılıb.

O, Qobustan rayon polis şöbəsinə müraciət edib.

Avtomobil polislər tərəfindən əzilmiş vəziyyətdə rayon ərazisində tapılıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Nabur kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Abduləliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov