27 May 2018 23:58
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən rayon sakini Qurbanəli Əsgərzadə saxlanılıb.

O rayon ərazisində B.Baxışova məxsus yardımçı təsərrüfatdan 5 baş qoyun və Ağcabədi telekommunikasiya qovşağına məxsus dayaqlararası rabitə kabelinin 460 metrlik hissəsini kəsərək oğurlaması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov