28 May 2018 00:54
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adana şəhərində iş yerinin önünə maşının park edilməsinə görə baş vermiş davanın görüntüləri yayılıb.

Teleqraf.com xəbər verir ki, insident mayın 22-də baş verib.Qanlı davada i ki nəfər həyatını itirib, yeddi nəfər ağır yaralanıb.

Adananın Yüreğir rayonunun Tahsilli məhəlləsində İsa S. avtomobilini Həsən A.-nın marketinin önündə saxlayıb. Həsən A. sürücüdən maşını başqa yerdə saxlamasını istəyib. Bundan sonra ölümlə nəticələnən mübahisə düşüb.

İsa S. onun üzərinə gələn Həsən A.-nın qohumlarını atəşə tutub. bu zaman 5 nəfər yaralanıb.

Həsənin qohumları balta-bıçaqla İsa və yaxınlarını ağır yaralayıblar.

Yaralılar xəstəxanaya yerləşdirilsə də, iki nəfərin həyatını xilas etmək mümkün olmayıb.


Müəllif: Teleqraf.com