14 Avqust 2014 15:24

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Fərhad Quliyev, Eyvaz Hekalov, Rəsul Bayramov, Yusif Bayramov və Fərman Bayramovun məhkəməsi başlayıb.

Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs ediliblər.

Bakı şəhər sakini Fərhad Quliyev, Balakən rayon sakinləri Eyvaz Hekalov, Rəsul Bayramov, Yusif Bayrasmov və Fərman Bayramov 710 qram marixuananı satarkən “iş başında” tutulublar.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı avqsutun 20-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif:
Загрузка...