15 Aprel 2014 13:32
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Kənd sakini Şahin Yusifov münaqişə zəminində qardaşı Ürfətə bıçaqla xəsarət yetirib. Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Yusifov tutulub.

Hacı Zeynalov


Müəllif: