3 Fevral 2015 04:39
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafada yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu S.Vurğun qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 178 kv.m. olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 78 kv.m. sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: