12 Mart 2015 16:34
379

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Əlihüseyn Fətəlluyev cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin noyabrın 11-də Xaçmaz şəhərindəki 92 saylı texniki peşə liseyinin qarşısında 18 yaşlı Əlihüseyn Fətullayev mübahisə zəminində 20 yaşlı Polad Nəbiyevi bıçaqla qətlə yetirib. Xaçmaz rayon prokurorluğunun və polis şöbəsinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Əlihüseyn Fətullayev şübhəli şəxs kimi saxlanılıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 16-a təyin edilib.

Onu da qeyd edək ki, Əlihüseyn Fətullayev bir müddət əvvəl nənəsinin evindən oğurluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunub. Yalnız o, həmin vaxt şərti cəza alıb.

Hacı Zeynalov


Müəllif: