13 Mart 2015 14:16

Siyəzən şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ukrayna vətəndaşı Yuriy Zayets idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən rayon sakini Vüqar Ağamalıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: