17 Mart 2015 12:39
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Masallı Rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonunun Xocavar kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Elmar Qəzənfərov münaqişə zəminində Çaxırlı kənd sakini Xanhüseyn Ağayevi bıçaqlayıb. Xanhüseyn Ağayev bıçaq xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar Qəzənfərov saxlanılıb.

Hacı Zeynalov


Müəllif: