24 Mart 2015 20:29
833

Bakı Apelyasiya Məhkəməsində anasını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Mürsəl Dünyamalıyevin apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Mürsəl Dünyamlıyevin apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı aprelin 2-nə təyin edilib.

Mürsəl Dünyamalıyev 2013-cü il dekabrın 18-də anası Cəmilə Dünyamalıyevaya 102 bıçaq zərbəsi vuraraq qətlə yetirib. O, daha sonra könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mürsəl Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Mürsəl Dünyamılıyev apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hacı Zeynalov


Müəllif: