22 İyul 2015 14:28
293

Zəngilan polisi Masazırda xüsusi əməliyyat keçirib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əməliyyat Zəngilan rayon polis şöbəsi əməkdaşları tərəfindən Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış sahəsində aparılıb. Əməliyyat zamanı “AKM”, “TOZ-18” və “Karabin” markalı, nömrələri silinmiş 3 ədəd odlu silah, 165 ədəd patron, 5 ədəd patron darağı və 2 ədəd süngü-bıçaq tapılıb.

Hacı Zeynalov


Müəllif: