23 İyul 2015 13:14

Ağdaş və Balakən rayonlarında narkotiklərlə bağlı xüsusi əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əməliyyatlardan birini Ağdaş rayon polis şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəhnəxəlil kənd sakini Zakir Zakirova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 11 kiloqram 755 qram olan çətənə kolları aşkar edilib.

Oxşar əməliyyatı Balakən rayon polis şöbəsinin əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qazma kənd sakini Əhməd Musayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 12 kiloqram 125 qram olan çətənə kolları aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...