29 İyul 2015 13:09

Zaqatala rayonunda intihara cəhd hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Pakizə Əliyeva xeyli sayda dərman içərək intihara cəhd edib. O, zəhərlənmə diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərilərək onun həyatını xilas etmək mümkün olub. Pakizə Əliyeva iki uşaq anasıdır.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...