19 Aprel 2014 20:03
2 541

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gənc qızı zorlamağa cəhddə ittiham olunan Ramil Cəfərovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ramil Cəfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ramil Cəfərov Binəqədi rayonunda Sevdanı (ad şərti verilib) zorlamaq istəyib. O, bu məqsədini həyata keçirmək üçün Sevdanı qaranlıq bir yerə aparıb və orada zor tətbiq edərək qızla cinsi əlaqədə olmaq istəyib. Lakin Sevda səs-küy salması nəticəsində Ramil Cəfərov cinayəti başa çatdıra bilməyib. Ramil Cəfərov həbs edilib.

Ramil Cəfərov Cinayət Məcəlləsinin 29,149.1-ci (zorlama) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif: