19 Aprel 2014 20:19
727

Bakıya iş dalınca gəlib paytaxtda tikinti şirkətlərinin birində fəhlə kimi çalışan Kürdəmir rayon sakini 39 yaşlı Cəmil Dəmirov cinayət başında yaxalanıb. O, Əhmədli qəsəbəsində kirayə yaşadığı evə getmək istəyən zaman 17 yaşlı Elvira Əsgərli ilə rastlaşıb.

O, qarət məqsədilə 17 yaşlı qıza hücum edib, qızın çantasını qaçırmaq istəyib. Məhəllədə olan oğlanlar onu tutaraq əvvəlcə möhkəm döyüblər, daha sonra polisə təhvil veriblər.

İstintaqa ifadəsində Cəmil Dəmirov cinayəti içkili olduğu üçün törətdiyini deyib.

Hacı


Müəllif: