18 İyun 2014 16:20
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzildən meyit tapılıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin “112” qaynar telefon xəttinə xəbər verilib.

Məlumata əsasən Bakı şəhəri, Yasamal rayonunda 1932-ci il təvəllüdlü Sürəyya Həkinskaya mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qonşu mənzilin eyvanından keçərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən S.Həkinskaya huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində S.Həkinskayanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin meyidi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Müəllif: