11 May 2016 23:34
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyat rayonun Talış kəndi ərazisindəki meşə zolağında keçirilib.

Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Aydın Mahmudov tərəfindən kultivasiya yolu ilə becərilmiş 253 ədəd çətənə kolları aşkar edilib.

Aydın Mahmudov həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: