28 May 2016 16:15
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda dələduzluq etdiklərinə görə həbs olunan şəxslərin başqa cinayətləri üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrın 18-də Ucar rayon polis şöbəsi tərəfindən tutulmuş Sarvan Qədimalıyevin və Fehruz Əliyevin ətrafında əməliyyat tədbirləri keçirilib.

Onların Zərdab rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Ağcabədi rayon sakini Niyaməddin Əliyevlə birgə 2015-ci ilin aprel-may ayları ərzində Qəbələ rayonunun 8 sakinini aldadıb onlardan ümumilikdə 20640 manat dəyərində inək və qoyun almaları, lakin pulunu ödəməmələri müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: