20 İyun 2014 14:03

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Nəsimi rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun S.Vurğun küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Ağaməhəmməd Ələkbərov münaqişə zəminində Ordubad rayon sakini Sədi Həsənova bıçaqlayıb. Sədi Həsənov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Aağaməhəmməd Ələkbərov tutulub.

Hacı Zeynalov


Müəllif: