21 İyun 2016 15:48
1 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müqəddəs Ramazan ayını yaşayırıq. Bu ayda insanlar oruc tutmağa, dua etməyə və yaxşı əməl sahibi olmağa çalışırlar.

Teleqraf.com tanınmış müğənnilərə “Oruc tutursunuzmu və ehtiyacı olan insanlara iftar süfrəsi açırsınızmı?” sualı ilə müraciət edib.

Sorğunun nəticəsini təqdim edirik:

Nadir Qafarzadə: “Oruc tutmuram. Yalandan, kiməsə xoş gəlmək, görüntü üçün niyə deyim ki, oruc tuturam. Oruc tutmaq istədim, salamlığımda problem olduğuna görə bacarmadım. Aclığa dözümüm yoxdur. Mədəmdə qastrit var. Allah günahımdan keçər. Deyirlər ki, səhhətində problemi olan insanların Allah günahından keçir.

Amma oruc tutmasam da, oruc tutanlar üçün nə isə etməyə çalışıram, iftar süfrəsi açıram, kimsəsizlərə kömək edirəm”.

Səməd Səmədov: “Oruc tutmuram. Amma ailəmizdə oruc tutanlar var. İdmanla məşğul oluram, səhərlər adam olmayanda dəniz kənarına gedirəm, nəvələrimlə vaxt keçirirəm. Onu deyim ki, altı nəvəmin canı üçün, yarım saat əvvəl Fatmayidə məscidə getdim, iftar süfrəsi açdırmaq üçün pul verdim.

Məsciddə işləyənlərə dedim ki, kasıbları, ehtiyacı olan insanları iftara dəvət etsinlər. Pul verirəm, amma özüm orada iştirak etmirəm. Eləcə də oruc tutan dostlarımı, tanışlarımı evimdə iftar süfrəsinə dəvət edirəm.

Yoldaşım yaxşı yeməklər hazırlayır. Bu əməlləri hər il edirəm. Ona görə də Allah kömək edir. Toylar, el şənlikləri var”.

Elza Seyidcahan: “Bacardığım qədər oruc tuturam. "Siz əgər yaxşı əməllər görürsünüzsə, oruc tumamalısınız" fikir ilə razı deyiləm. Oruc və namaz qılmaqla Allahın borcunu verməliyik.

İftar süfrəsinə gəlincə, insan etdiyi yaxşılığı deməz. Əgər bir insana çörək verib, pis niyyət göstərəcəyəmsə, o, yaxşılıq Allahın dərgahında qəbul olmaz. Ona görə də etdiyim yaxşılıqların heç biri yadımda qalmır. Xeyriyyə tədbirlərinə getmək borcumdur, gedəcəm də. Allahın quluyuq, bir-birimizə diqqətlə yanaşmalıyıq. Çox gözəl aydır, oruc tutarkən zövq alıram”.

Manaf Ağayev: “Hər il oruc tutmayanlar üçün iftar verirəm. Səhhətimdəki problemə görə həkim oruc tutmağa icazə vermir”.

Elariz Məmmədoğlu: “14 ildir oruc tuturam. Allah kömək olsun qalan 15 günü də tutum, ay tamam olsun. Ehtiyacı olanlara imkan daxilində kömək etmək istəyirəm. Amma indi ona imkanım yoxdur”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər