Azərbaycanın kino nümayəndələri Türkiyənin Alanya şəhərində əcnəbi kinematoqrafçılarla işgüzar görüşlər keçiriblər.
“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, görüşlərdə milli kinematoqrafiyaların hazırki durumu, film distribusiyasında müşahidə olunan yeni tendensiyalar, beynəlxalq birgə kino istehsalı imkanları ilə bağlı məsələlər müzakirə olunub.
Görüşlər “Kristal Kale” Beynəlxalq Film Festivalı çərçivəsində gerçəkləşib.
İyunun 24-dən başlanan festivalda Azərbaycan “Nabat” və “Axınla aşağı” tammetrajlı bədii filmləri ilə təmsil olunub. Festivalda Azərbaycanla yanaşı Almaniya, Bolqarıstan, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrin istehsalı olan filmlər nümayiş olunur.
Nərmin