25 İyul 2016 17:18
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci dəfə evlənməyə hazırlaşan əməkdar artist Naibə Allahverdiyeva təəssüratlarını Teleqraf.com-la bölüşüb:

- Naibə xanım, sizi nikah masasında nə vaxt görəcəyik?

- Yaxın günlərdə görəcəksiniz. Mənə gələcək həyat yoldaşım çoxdan evlənmə təklif edib. Sadəcə, bu barədə düşünürdüm. Bu qərarımdan tam əmin olmaq istəyirdim. Müəyyən səbəblərə görə qəbul etmirdim. Son günlər isə evlilik təklifini qəbul etdim və onunla nikah masasına oturmaq istədim.

Hazırda başımız bəzi şeylərə qarışıqdır. Təxminən sentyabr ayında evlənəcəyik.

- Necə bir toy edəcəksiniz?

- Toy haqqında hələ fikirləşmirəm.

- Gəlinlik geyinəcəksiniz?

- Bilmirəm. Toyumuz yəqin ki, kiçik məclis olacaq. Bu barədə hələ düşünürük. Toy boş şeydir. Mənə elə gəlir ki, ən önəmli iki qəlbin bir-birinə bağlanmasıdır.

- Naibə xanım, bəy azərbaycanlıdırmı, onunla necə tanış olmusunuz?

- Bəli, Azərbaycanlıdır. Məclisdə tanış olmuşam.

- Təxminən nə vaxtdan münasibətiniz başlayıb?

- Bir il əvvəl tanış olmuşuq. Amma ciddi münasibətlərimiz dörd aydır davam edir.

- Evlənmək istəyinizi ananız necə qəbul etdi?

- Anam həmişə mənə deyirdi ki, ailə qurmalısan, tək qalmamalısan. Mən xaraktercə təklikdən qorxan insanam. Dünyanın ən zəngin qadını olsan da, qəlbin boş olan zaman həyatın həyat deyil. Allah insanları cüt yaradıb. Təklik qadın üçün çox çətindir. Mən özümü hazırda çox xoşbəxt qadın bilirəm. Allah bu xoşbəxtliyi əlimdən almasın.

- Evlənəcəyiniz insan hansı sahədə çalışır?

- İncəsənətə yaxın bir işdə çalışır.

- Azərbaycanda tanınır?

- Xeyr, tanınmış insan deyil.

- Neçə yaşı var?

- Eyni yaşdayıq.

- Evləndikdən sonra sizin evinizdə, yoxsa gələcək həyat yoldaşınızın evində yaşayacaqsınız?

- Bu barədə hələ fikirləşirik. Nə fərqi var? Onunla mən dünyanın harasında olursa olsun yaşayaram. Daxmada da olsa...

- Maddi cəhətdən imkanlıdırmı?

- O mənim üçün dünyanın ən imkanlı kişisidir. Mənə onun ürəyinin zənginliyi lazımdır. Ən önəmlisi yanımda olsun, onunla quru çörək yeməyə də hazıram. Çünki mən imkan da, şöhrət də görmüşəm. Amma heç vaxt özümü xoşbəxt hiss etməmişəm.

- Naibə xanım indi də səsiniz tam xoşbəxt gəlmir. Sanki bir kədər hiss edirəm. Səbəbi nədir? İkinci dəfə ailə qurmağın həyəcanıdırmı?

- Xeyr, çox xoşbəxtəm. Sadəcə, bu xoşbəxtliyi itirməkdən qorxuram. Allah eləməsin ki, nə vaxtsa onu itirim.

- Deyəsən evli olub?

- Bəli, 2013-cü ildə həyat yoldaşından ayrılıb. Mənim ona inanmağım üçün məhkəmədən boşanmaq kağızını birlikdə aldıq. Ondan sonra onunla ciddi münasibətə başlamışam. Heç vaxt xoşbəxt insanın ailəsini dağıtmaram. Çünki hansısa bir qadın da zamanla mənim atamı anamın əlindən alıb. Dəfələrlə demişəm ki, ailənə getmək istəyirsənsə, sənin qarşını kəsmirəm.

- Övladları varmı?

- Bəli, övladları var.

- Əlaqə saxlayırsınızmı?

- Bəli, saxlayırıq, Allah övladlarını və qadınını da xoşbəxt eləsin.

- Övladları sizinlə evlənməsinə razıdır?

- Xeyr, heç bir övlad istəməz ki, atası başqa bir xanımla ailə qursun. Onları da başa düşmək lazımdır. Hər kəsin öz həyatı var.

Rəqsanə


Müəllif: