5 Avqust 2016 20:24
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Serenayı bu filmdə çox fərqli obrazda görəcəksiniz. O rolunu çox gözəl və sehirli oynayıb”.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri məşhur türk aktyor Kərəm Bürsin sevgilisi aktrisa Serenay Sarıkaya haqqında deyib.

Ötən gün restoranların birində istirahət edən cütlük çıxışda jurnalistlərin suallarını cavablandırıb.

Nejat İşlərlə “İkimizin yerinə” filmində baş rolda oynayan Serenay hislərini bu sözlərlə ifadə edib: ““İkimizin yerinə” kinoya aşiq bir aktrisa olaraq çəkildiyim ilk filmimdir. Mənə bu işdə yardımçı olan Nejat İşlərə təşəkkür edirəm”.

Filmin dünən yayımlanan afişi isə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Pərvin


Müəllif:

Oxşar xəbərlər