“Belimdə ağrılar var, həkimə gedirəm”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında doğum gününü qeyd edən xalq artisti Rasim Balayev deyib.
O, ən gözəl ad günlərini gənclik illərində keçirdiyini qeyd edib: “Belimdə ağrılarım çoxdandır. Özüm babatam. Doğum günümü evdə ailəmlə birgə qeyd edəcəm. Mən ən yaxşı doğum günləri cavan yaşlarında qeyd etmişəm. Çəkiliş meydançalarında... Çünki əksər filmlərin çəkilişləri yay aylarında xüsusən də avqustda olurdu. Gözəl günlər idi...”
Nərmin