5 Sentyabr 2016 19:11
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85 illik yubileyi münasibətilə balaca istedadlar arasında müsabiqə elan edir.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasına istedadlı uşaqların qəbuluna başlanılıb.

6-26 sentyabr tarixlərini əhatə edəcək müsabiqədə 5-15 yaşlı uşaqlar iştirak edə bilərlər.

Teatr üçün həvəskar aktyorların yetişdirilməsi məqsədilə keçirilən müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Dövlət Kukla Teatrına (saat 13:00-15:00) müraciət edə bilərlər.

Peşəkar aktyorluq və rejissorluq, xoreoqrafiya və vokal üzrə pedaqoqların seçəcəyi uşaqlardan tələb olunan əsas keyfiyyətlər səhnədə özünü sərbəst ifadə, səs və xoreoqrafiya bacarıqlarıdır.

Qeyd edək ki, fəaliyyətində “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramındakı teatr-studiyaları ilə bağlı bəndi rəhbər tutan “Oyuq” illərdi keçdiyi uğurlu yaradıcılıq yolu ilə öz fərqini göstərə bilib. Belə ki, studiyanın yetirmələri Türkiyə, Rusiya, Makedoniya və Bolqarıstanda təşkil olunan beynəlxalq festival və müsabiqələrdə uğurla təmsil olunaraq dəfələrlə yüksək mükafatlara layiq görülüblər.

Nərmin


Müəllif: