7 Sentyabr 2016 11:26
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış şairə Rəbiqə Nazimqızının yeni şeirini təqdim edir:

Biz yataĝı qanla suvarılmış

adamların məmləkətində doğulduq,
Atamıza duz yükü olduq,
Anamıza un çuvalı.
Qardaşımıza acı,
Bacımiza qəm ortağı..
Yad kişilərin ağzında tüpürcək köpüyü,
Qonşu qadınların ağzında söz olduq...
Ocaq qalayanda əlimiz yandı,
Uşaq bələdik, qolumuz...
Sevəndə adımızı İsmət qoydular,
sevməyəndə qismət...
Biz adam olmadiq, quzum,
Bizdən qadın düzəltdilər
Yatağı qanla suvarılmış adamların məmləkətində...


Müəllif:

Oxşar xəbərlər