10 Sentyabr 2016 13:45
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış teatr rejissoru Vaqif Əsədov gözündən əməliyyat olunur.

Teleqraf.com xəbər verir ki, bu haqda məlumatı Gənc Tamaşaçılar Teatrının aktyoru İlham Əsədov sosial şəbəkədə yayıb.

“Bu gün bizim gözəl xalq artistimiz, istedadlı rejissor Vaqif Əsədov gözündən əməliyyat olunur. Halı çox pərişandır və istərdim ki, siz dualarınızı ondan əskik etməyəsiniz. Çünki Vaqif Əsədovun gözünün tutulması Azərbaycan sənətində bir neçə gözəl tamaşanın tutulması kimi anlaşıla bilər.

Vaqif müəllim, biz sizi çox istəyirik. Və inanırıq ki, siz yenidən bu gözəl dünyanı, bu işıqlı həyatı görəcəksiniz. Darıxmayın, dualarımız sizinlədir”.

Akyor həmçinin əməliyyatdan öncə rejissorun görüntülərini özündən xəbərsiz yayımlayıb.

Vaqif Əsədov 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. 1981-ci ilə qədər o, Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor vəzifəsində işləyib. 1981-ci ildən həmin teatrda rejissor və baş rejissor olub. 1989-cu ildən o, Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərir.

Vaqif Əsədov hələ aktyor kimi işləyərkən yadda alan bir çox obrazlar yaradıb. Rejissor kimi onun Naxçıvan teatrında hazırladığı "Medeya" tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilib. O, eyni zamanda bir sıra iri miqyaslı dövlət səviyyəli tədbirlərin quruluşçu rejissoru və ssenari müəllifi olub.

Əsədov teatr sənətindəki fəaliyyətinə görə 1978-ci ildə əməkdar artist, 1986-cı ildə "Şərəf nişanı" ordeni, 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2004-cü ildən isə sənətçi Prezident mükafatçısıdır.

Pərvin


Müəllif:

Oxşar xəbərlər