23 Oktyabr 2016 16:37
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Rəssamlar İttifaqının üzvü Azər Əliyevin əsərləri Luvr muzeyinin Karusel salonunda 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisində nümayiş etdirilir.

Azər Əliyev 40-dan çox beynəlxalq və milli səviyyəli sərgidə iştirak edib. Onun “Art Shopping” sərgisində nümayiş olunan əsərlərində təbiət mənzərələrinə daha çox üstünlük verilib. Rəssamın əsərləri bədii təsir qüvvəsinə malikdir. O, bu əsərlərdə uğurlu kompozisiya həllinə nail olub./Azərtac/


Müəllif:

Oxşar xəbərlər