25 Oktyabr 2016 20:53
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Nizami Kino Mərkəzində "Mənim tanıdığım Vaqif" sənədli filmi təqdim olunub.

Teleqraf.com xəbər verir ki, tammetrajlı film BP Azərbaycan şirkətinin dəstəyi ilə "Butafilm" tərəfindən çəkilib.

Filmdə musiqi sənətində yeni bir janrın -caz -muğamın banisi Vaqif Mustafazadənin həyatının bəzi epizodları anılıb. Eyni zamanda filmdə məşhur musiqiçilərin caz ifaçısı haqqında düşüncüləri də lentə anılıb.

BP nin Bakı ofisinin mətbuat xidmətinin katibi Tamam Bayatlı filmin Vaqif Mustafazadənin möhtəşəm ifasının əbədiləşməsinə töhfə olacağına inandığını dilə gətirib.

Nərmin


Müəllif: