Şəhərimizdə qonaq olan Türkiyənin məşhur sənətçiləri Özcan Dəniz və Nurgül Yeşilçay Nizami Kino Mərkəzində baş rollarını canlandırdıqları "İkinci şans" filminin qala gecəsinə qatılıblar.
Teleqraf.com xəbər verir ki, filmin sonunda səhnəyə çıxan məşhurlara pərəstişkarları çoxlu sayda hədiyyələr ediblər. Özcan Dəniz sevənlərini filmə baxmağa dəvət edib: "Dostlar, hər birinizə gözəl güllər üçün təşəkkür edirik. Nurgül hədiyyəyə görə məni qısqanır. Siz çox kübarsınız. Buradan hər dəfə çiçəklərlə, hədiyyələrlə gedirik. Həqiqətən də evimiz Bakıdan götürdüyümüz hədiyyələrlə doludur. Film sizə əmanətdir. Buradan çıxan kimi "twitter"də yazırsınız ki, hər kəs "İkinci şans" filmini izləsin".
Qeyd edək ki, filmin təqdimatından sonra ənənəvi olaraq keçirilən mətbuat konfransı ləğv edilib. Buna səbəb hava limanında jurnalistlərimizdən birinin Özcan Dənizə ondan 19 yaş kiçik aktrisa Afra Saraçoğlu ilə sevgili olması haqqında sualı olub.
Bildirək ki, Afra Saraçoğlu "İkinci şans" filmində rol alıb.
Film romantik dram janrında çəkdilib. Filmdə Özcan Deniz, Nurgül Yeşilçay, Mesut Can Tomay və Afra Saraçoğlu və başqları çəkilib.
Rəqsanə