3 Fevral 2017 12:07
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevral ayının 5 və 9-u tarixlərində Musiqili Teatrda “Mənim günahım” tamaşasının premyerası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə tamaşanın rejissoru İradə Sayya Gözəlova məlumat verib.

Xalq yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi və bəstəkar Qara Qarayevin musiqiləri əsasında hazırlanan tamaşada rolları xalq artisti Şükufə Yusifova, əməkdar artist İlham Hüseynov və balet artisti Cəlalə Novruzlu ifa edəcəklər. Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevdir.

Rejissorun sözlərinə görə, tamaşa minimalizm üslubunda qurulub: “Biz dekorasiyadan demək olar ki, imtina etmişik. Bəli, dekorasiya yoxdur, amma bunun əvəzində müasir texniki üsullardan, texniki vasitələrdən istifadə eləmişik. Əsər sənətini sevən, bütün varlığıyla sənətə bağlı olan Nurcahan adlı bir qadının faciəsindən bəhs edir. Nurcahan balerinadır. Yaşlandıqca səhnə üçün gərəksiz olur.

Amma o bunu qəbul edə bilmir. Çünki hadisələr elə bir formada cərəyan edir ki, Nurcahan nəinki səhnəni, həm də sevimli əri Sahibi itirə bilər. Əslində, Sahib onu məhz səhnədə bəyənib, ilk növbədə sənətkar kimi sevib. İndi isə elə bir məqam yetişib ki, səhnədə Nurcahanı əvəzləyən Ayqız həm də Sahibin ürəyini ovlamaqdadır”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər