Aktrisa Naibə Allahverdiyeva ötən gün dünyasını dəyişən əməkdar artist Kübra Daşaşovadan yazıb.
Teleqraf.com xəbər verir ki, o, mərhum həmkarının sənətdə parlaq aktrisa, həyatda isə tənha olduğunu qeyd edib: “Heç ağlıma gəlməzdi ki, belə tez küsüb gedəcəksən. Düşünürdüm ki, sadəcə bir az xəstəsən, sağalıb geri dönəcəksən.
Parlaq aktrisa idin, öz dəsti-xəttin, şirinliyin var idi. Amma talesizdin. Kimsəsiz, tək-tənha! Budur həyat. Allah günahlarını bağışlasın, məkanın cənnət olsun”.
Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə hələ tələbə ikən – 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb. Aktrisa dramatik və komik səpkili rolları eyni bacarıqla yaradıb.
2006-cı ildə əməkdar artisti fəxri adı ilə təltif olunub. Uzun müddət idi şəkər xəstəliyindən əziyyət çəkirdi.
Nərmin