29 Mart 2017 18:43
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 29-da Bakı Xoreoqrafiya Akademiyasının (BXA) ictimai fənlər kafedrasının müəllimləri tərəfindən hazırlanmış bir sıra dərslik, dərs vəsaiti və tədris proqramlarının təqdimatı ilə bağlı “dəyirmi masa” keçirilib.

BXA-dan Teleqraf.com-a verilən məlumata görə, tədbirdə akademiyanın, AMEA-nın müvafiq institutlarının, eləcə də digər sənət ali təhsil müəssisələrinin müəllimləri və əməkdaşları iştirak ediblər.

BXA-nın ictimai fənlər kafedrasının müdiri, professor Maral Manafova rəhbərlik etdiyi kafedranın yaranmasından və fəaliyyətindən danışıb. Sonra nəşrlər təqdim olunub.

Nəşrlər arasında bakalavr pilləsi üçün Azərbaycan və rus dillərində hazırlanmış “Səhnəqrafiya tarixi” fənninin proqramı, “Balet tarixi” fənninin proqramı, “Azərbaycan balet teatrına tarixi nəzər” və “Sehrli rəqs aləmi” dərs vəsaitləri, “Azərbaycan tarixi” fənninin proqramı, “Azərbaycanda müasir turizmin inkişafı konteksində arxitektura və incəsənət abidələri” (“Pamyatniki arxitekturı i iskusstva v kontekste razvitiya covremennoqo turizma v Azerbaydjane”) dərs vəsaiti, Azərbaycan və rus dillərində “Müasir xoreoqrafiya tarixi” fənninin proqramı, “Postmodernizm və müasir incəsənət” fənninin proqramı, “Elmi yaradıcılığın metodologiyası” fənninin proqramı, orta ixtisas (kollec) pilləsi üçün ları “Teatr və balet tarixi” fənninin proqramı yer alıb.

Maral Manafova diqqətə çatdırıb ki, kafedranın fəaliyyəti dövründə 12 fənn proqramı, 3 dərs vəsaiti çap olunub. Hazırda isə professor Sevda Sadıxbəyovanın “1940-1960-ci illərdə opera və balet teatrının teatr-dekorasiya sənətinin formalaşdırılması” (“Formirovaniye teatralno-dekorasionnoqo iskusstva teatra operı i baleta v 1940-1960 qq”), dosent Aygül Hüseynovanın “XX əsrin I yarısında mənzərə janrının təşəkkülü” dərslikləri, dosent Xəzər Zeynalovun tədris etdiyi “Elmi-tədqiqat üsulları” və “Azərbaycanda multikulturalizmin modeli” fənn proqramları çapa hazırlanır.


Müəllif: