Teleqraf.com xəbər verir ki, bu fikirləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev mayın 4-dən 6-dək Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişafı üçün yeni imkanlar” mövzusunda təşkil olunan mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həmtəşkilatçı qismində iştirakını xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, mədəniyyətlərarası dialoq olduqca vacib amildir:
“İnsanların təhlükəsiz qidalanması Forumun təşkilatçı qismində iştirakına təkan verib. Ümid edirəm ki, Forum çərçivəsində ölkəmizdə qonaq olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri Azərbacan qidasının ləzzətli, dadlı və təhlükəsiz olduğunun əyani şahidi olacaqlar. Sabah müxtəlif sessiyalar üzrə çıxışlar zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın çıxışı da olacaq. Mən bu quruma Foruma göstərdiyi dəstəyə görə təşəkkürümü bildirirəm”.
Nərgiz
Foto: Elçin MURAD