Bu sözləri Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında əməkdar artist İlham Hüseynovu əməliyyat edən travmatoloq-ortoped Cəfər Nəsirli Teleqraf.com-a açıqlamasında deyib.
O, əməliyyatın uğurla bitdiyini bildirib: “Hər şey qaydasındadır. Aktyor 2 gündən sonra normal gəzə biləcək”.
“Vicdan haqqı“ serialında İmran rolunu oynayan Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist İlham Hüseynov bu gün səhər saatlarında xəstəxanaya yerləşdirilib.
Aktyorun qardaşı İlqar Hüseynov isə Teleqraf.com-a açıqlama zamanı belə deyib: “Əməliyyat bitib. Həkim deyir ki, İlham yaxşıdır. Amma biz hələ ki, onu görməmişik. Çünki yanına buraxılmırıq.”