Teleqraf.com xəbər verir ki, Nərimanov rayonu Ağa Nemətulla küçəsi-173 "E" (N. Nərimanov metrosunun yaxınlığında) ünvanında yerləşən məkan "Coffeemania" adlanır.
"Coffeemania"nın açılış mərasiminə tanınmış simalar da qatılıb. Onların sırasında xalq artisti Flora Kərimova, əməkdar artistlər Elza Seyidcahan, Nüşabə Ələsgərli, Rəşad İlyasov, müğənnilər Samira Allahverdi, Abdul Xalid, Səbinə Əsgərova, Günel Ələkbərova, aparıcılar Könül Muxtarova, Humay Muxtarova, Aytəkin Mərdanova, prodüserlər Tarix Əliyev, Təranə Səmədova, rəqqasə Renka da olub.
Məkan haqda məlumat verən aparıcı və gecənin təşkilatçısı Zaur Nəbioğlu burada təkcə kofe deyil, həmçinin dadlı yeməklər də sifariş etməyin mümkün olduğunu deyib:
"Məkanın adı "Coffeemania" olsa da, burada təkcə kofe yox, dadlı və keyfiyyətli yeməklər də verilir. Qeyd edək ki, 2009-cu ildən fəaliyyət göstərən "Coffeemania" Türkiyə markasıdır. Hazırda dünyanın bir çox nöqtələrində fəaliyyət göstərən markanın 60 filialı var. 60-cı filial Azərbaycanda açılıb. Bununla yanaşı ümumilikdə 3 filialin açılması nəzərdə tutulub.
"Coffeemania" komandası bir ay müddətində Türkiyədə treninqlərdə iştirak edib, daha sonra bunun davamı olaraq Bakıda Türkiyədən gələn peşəkar ustalar tərəfindən treninqlər davam etdirilib".
Fotoları təqdim edirik: