22 Sentyabr 2017 21:36
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ü.Hacıbəyli IX Beynəlxalq Musiqi Festifalı çərçivəsində Mədəniyyət kanalı ilə birgə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Sevgili Canan” adlı konsert keçirilib.

Teleqraf.com-un məlumatına görə, gecədə Ü.Hacıbəyli-“Sənsiz”, ”Sevgili Canan”, Tofiq Quliyev-“Bəxtəvər oldum”, F.Əmirov-“Gülərəm gülsən”,”Gülüm”,“Azərbaycan elləri”, “Ulduz”, S.Ələsgərov-“Vətənimdir”, V.Adıgözəlov-“Qərənfil”, Azərbaycan klassik bəstəkarların romanslarını əməkdar artistlər Anar Şuşalı, Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Vahabzadə, Afaq Abbasova, Nərgiz Kərimova, gənc ifaçılar Taleh Yahyayev, Lalə Cəfərova, Şaban Cəfərov, Fatimə Cəfərzadə, Çinarə Əzimova, Fəxri Kazım Nicat, ifa etdilər. Onları pianoda Nərgiz Ağayeva, Rəfiqə Quluzadə, Aysel Məlikova, Nərminə İsmayılova və Təranə Məmmədova müşayiət edirdi. Bir-Birindən parlaq ifalar təqdim edilən konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki,festifal çərçivəsində 23 sentyabr tarixində Eldəniz Ələkbərzadənin (piano) ifasında fortepiano musiqi gecəsi keçiriləcək.

Biletləri şəhərin kassalarından, ASAN Xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər