Dünya şöhrətli müğənni Keti Perri “Tur” adlı dünya turnesinə başlayıb.
Teleqraf.com xəbər verir ki, 3 ay əvvəl “Şahid” adlı yeni albomunu təqdim edən Keti möhtəşəm konserti ilə səhnəyə dönüş edib.
İlk konsertini Kanadada verən Perri yeni mahnılarını da təqdim edib. O, həm səhnə libasları, həm də şouaları ilə diqqət çəkib.
Bir gecədə 7 libas dəyişən Ketinin konsertinə böyük insan izdihamı toplaşıb.
Xatırladaq ki, psixoloji problemləri olduğu üçün ifaçı bir müddət əvvəl səhnədən getmişdi.