14 Yanvar 2018 12:10
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudovanın da doğum günü olub. Konsertdən sonra yerli müğənnilərin iştirakı ilə təmtəraqlı ziyafət təşkil edilib.

Gecədə “Nargis” nəşriyyat evinin təsisçisi Ülviyyə Mahmudova, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Fəxrəddin Manafov, Mehriban Zəki, əməkdar artist Ədalət Şükürov, Eyyub Yaqubov və başqaları iştirak edib.

Türk pop musiqisinin kraliçası Ajda Pekkan “Nargis” jurnalının 5 illiyi münasibətilə hazırda Heydər Əliyev adına Sarayda konsert proqramı ilə çıxış edib, yerli ifaçılarla rəqs edib.

Sənətçi qonaqları azərbaycanlı dilində “Xoş gəlmisiniz” sözləriylə salamlayıb:

“Əziz azərbaycanlı dostlarım, bu gözəl anları mənimlə bölüşdüyünüz üçün çox xoşbəxtəm. Konsertimə gəldiyiniz üçün təşəkkür edirəm. Sizinlə tanış olduqca sizi daha yaxından tanımaq istəyirəm, dilinizi və könlünüzü çox sevirəm. Onsuz da bizdən uzaq deyilsiniz”.

Ajda Pekkan konsertdə öz hitləri ilə yanaşı, Xalq artisti Aygün Kazımovanın “Yenə tək” mahnısını ifa edib. Canlı əfsanənin bu jesti tamaşaçılara unudulmaz gecə yaşadıb.

Türkiyənin super ulduzu konsertdə Sevil Əliyevanın bəstələdiyi “Ana” mahnısını ifa edib. Bütün zal onlar üçün gözlənilməz olan ifanı alqışlarla qarşılayıb.

Qeyd edək ki, türkiyəli sənətçini dinləməyə gələnlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva da olub./Publika.az/

Görüntüləri təqdim edirik:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər