Beyninə qan sızması səbəbindən fevralın 11-də xəstəxanaya aparılan məşhur türkiyəli aktyor Qədir İnanır bu həftə əməliyyat ediləcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu məlumatı İnanırın həkimi Ərgün Dəmirsoy verib.
O bildirib ki, əməliyyat çox riskli olacaq:
“Aktyorun beyninə gedən damarlar tutulub. Əməliyyat zamanı diqqətli olmalıyıq. Əks təqdirdə o, iflic ola bilər”.
Həkim əməliyyat üçün hazırlıqların başa çatdığını, İnanırın dincəlməsi üçün evinə aparıldığını deyib.