21 Mart 2018 12:12
2 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış Azərbaycan modelyeri, Əməkdar incəsənət xadimi, "Fakhriya Khalafova" moda evinin təsisçisi Fəxriyyə Xələfova Özbəkistanın Səmərqənd şəhərindəki Reqistan meydanında öz kolleksiyasına daxil olan 12 milli qadın geyiminin fotosessiyasını keçirib.

Teleqraf.com-un məlumatına görə, geyimlər özbək ipəyindən istifadə olunmaqla hazırlanıb.

Modelyer deyib ki, Avropanın məşhur dizaynerləri də vaxtaşırı özbək ipəyinə müraciət ediblər: "Bu təbii ki, məni də maraqlandırdı, bu materialdan istifadə etməyə başladım. Fotosessiya çox uğurla keçdi. Reqistan meydanının əzəməti, mozaikanın gözəlliyi fonunda keçirilən fotosessiya mənim üçün də çox maraqlı oldu”.

Fəxriyyə Xələfovanı Özbəkistandakı “Gulnara Fashion” dəb evinin rəhbəri Gülnara Muxammedova müşayiət edib.


Müəllif: Teleqraf.com