8 Avqust 2014 15:27
2 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar da Milli Kino Gününü belə qeyd etdilər

Azərbaycan Kinematoqrafçılar İttifaqının Milli Kino Günü münasibətilə təyin etdiyi mükafatların qalibləri müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, ötən gün bu münasibətlə əlaqədar Şirvanşahlar muzey- restoranında tədbir keçirilib. Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibləri Əli İsa Cabbarov, Şamil Nəcəfzadə, Rafiq Hüseynov, üzvlər Fəxrəddin Manafov, Mehriban Zəki, Fuad Poladov, eləcə də xalq yazıçısı Anar, Şeyx Əbdül Mahmudbəyov və başqaları iştirak edib. Bu il İttifaq mükafatını operator Nizami Abbasa, səs rejissoru Əsəd Əsədova, rejissor Tahir Əliyevə təqdim edib.


Tədbirdə Rasim Balayev də iştirak edib.

Xatırladaq ki, ötən il xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqından istefa verməsi ilə bağlı bəyanat verib.

Pərvin


Müəllif: